“UNIBANK” Premyer-liqasında aprel və may aylarının ən yaxşıları elan olunub

24 May 2012 22:12 (UTC+04:00)

Bu gün "Unibank"ın təşkilatçılığı ilə keçirilən tədbirdə Premyer-liqanın aprel və may ayları üçün ən yaxşı futbolçularının adları açıqlanıb. Siasport.az saytının verdiyi məlumata görə, tədbirdə sorğu-səsverməsi nəticəsində "Bakı" klubunun yarımmüdafiəçisi Deividas Çesnauskis və "Xəzər-Lənkəran"ın müdfiəçisi Eder Bolfim "UNİBANK" premyer-liqasının 2011/2012-ci il aprel-may aylarının ən yaxşı futbolçuları seçilib . Sorğuda 12 peşəkar futbol klubu və 36 kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Aprel ayının səsverməsində iştirak edən jurnalist və redaktorların 80 faizi litvalı oyunçu D.Çesnauskisə üstünlük veriblər .May ayının futbol qəhrəmanı E.Bolfim də KİV-lər sırasında səslərin 78 faizini qazanıb. Məşqçi və kapitanlar arasındakı sorğuda isə braziliyalı legioner səslərin 20 faizini qazanıb. "Ayın futbolçusu " adının yeni sahibləri baş sponsor "UNİBANK" tərəfindən pul ilə mükafatlanıblar.

Aygün İlqarqızı