Polşa çempionu "Neftçi"yə məktub göndərdi
24 May 2012 15:29 (UTC+04:00)
Son Polşa çempionu Vrotslavın
"Slask" klubu Bakının "Neftçi" klubuna məktub göndərib. Siasport.az saytı Bakı təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun prezidenti Pyotr
Vasnievskinin imzası ilə göndərilən məktubda Bakı təmsilçisinə
minnətdarlıq edilib. Polşalılar "Neftçi" ilə avrokubokda nüfuzlu bir oyun keçirməyi ümid
etdiklərini bildiriblər: "Çempionluq münasibətilə "Slask" Vrotslav
klubuna göndərdiyiniz təbrik məktubuna görə minnətdarlığımızı
bildiririk. Avrokuboklarda klubunuzla nüfuzlu bir oyun keçirməyi ümid
edirik".