58-ci Eurovision mahnı müsabiqəsinin tarixləri açıqlandı

23 May 2012 17:38 (UTC+04:00)
2013-cü ildə Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, finalı isə mayın 18-də keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand bildirib.


Onun sözlərinə görə, bu ilkin tarixlərdir: \"Qeyd olunan tarixlər bir daha nəzərdən keçiriləcək və digər önəmli mərasimlərin keçirildiyi tarixlə üst-üstə düşüb-düşmədiyi araşdırılacaq\".