Bir qrup hüquq müdafiəçisinin növbəti qrand əməliyyatı baş tutdu. Daha dəqiq desək Leyla Yunus və dostlarının yeni quruluş verdiyi "demokratiya və söz azadlığı" adlı tamaşası səhnələşdirildi. Qeyd edim ki, "tamaşa"nın fəxri qonaqları qismində xarici jurnalistlər çıxış edirdi. "Tamaşa"nın birinci pərdəsində Leyla Yunusun faəliyyətindən və sökülən mənzilindən söz açıldı. Nədənsə xeyli vaxtdır gündəmdən çıxan "siyasi məhbus" məsələsindən bəhs etidilər.
Amma çox maraqlı məqamı diqqətinizə çatdırım ki, ilk olaraq Azərbaycanda söz azadlığının pozulduğunu iddia edən Leyla Yunus daha sonra "siyasi məhbus" qismində 2007-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunan Səid Dadaşbəylinin dəstəsini də təqdim etdi. Görünür Səid Dadaşbəyli və dəstəsinin Leyla Yunus tərəfindən gündəmə gətirilməsi cəmiyyətə yeni "siyasi məhbus" siyahısının təqdim edilməsindən xəbər verir. Həmişə olduğu kimi bu dəfədə qısa fasilədən sonra Leyla və Arif Yunus ailə üzvləri fərqli siyahılar tərtib edib Avropanın yolunu tutacaqlar. Fərqli siyahı ifadəm sizlərdə çaşqınlıq yaratmasın. Çünki siyasi məhbus siyahısının tərtibində hər ikisi fərqli adlar və saylar təqdim edirlər. Maraqlısıda budur ki, birinin siyahısı həmişə digərinkindən çox olur. Bu dəfə Leyla Yunusun siyahı məsələsində bir qədər qabağa düşməsi "Avroviziya" mahnı müsabiqəsinə görə, xarici jurnalistlərin ölkəmizə gəlməsidir. Bu səbəbdən mövcud şəraitdən istifadə edən Leyla Yunus hazırladığı siyahı ilə xarici mediaanın qarşısında çıxdı. Hətta məsələnin həllində problem yaranmaması üçün Leyla Yunusun "siyasi məhbus" statusu verdiyi şəxslərin ailə üzvləridə tədbirə gətirilmişdi.
Xatırladaq ki, 2003-cü il 15-16 oktyabr iğtişaşından sonra Leyla Yunusun siyasi məhbus alveri bir qədər zəifləmişdi. 2003-cü il 15-16- oktyabr iğtişaşından və daha sonra 2005-ci il parlament seçkilərin istifadə edən Leyla Yunus və həyat yoldaşı Arif Yunus siyasətə adiyyatı olmayan insanlarında xaricdən siyasi sığınacaq almasında rol oynamışdı. Son dövrlər ölkədə normal siyasi proseslərin gedişi göründüyün kimi Yunus ailəsinin işinə problem yaradıb. Bu səbəbdən "Avroviziya" mahnı müsabiqəsinin Bakıda təşkili Leyla Yunusun bazarını qızışdırıb. Lakin Leyla Yunusun öz işinə həfəslə başlaması siyasi məhbusları kateqoriyaları ayırmağa imkan verməyib.
Məsələn, Leyla Yunus "məhbus jurnalistlər" arasında İranın "Səhər 2" kanalının əməkdaşınıda qeyd edib. Leyla xanınm diqqətinizə çatdıraq ki, sizin bu adı təqdim etməniz avropalı partniyorlarınızla münasibətlərinizi korlaya bilər. Axı bu gün İranın apardığı xarici siyasət nəticəsində Qərb ölkələri ilə münasibətlər mükkəməl deyil.
Vüqar Əliyev