"Arsenal" gənc qolkiperi ilə yollarını ayırdı

23 May 2012 12:48 (UTC+04:00)
Londonun "Arsenal" futbol klubu, qapıçı Lukaş Fabianski ilə yollarını ayırmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, yeni mövsümdən uğurlu çıxış etmək üçün yeni futbolçuları heyətinə cəlb etməyi planlaşdıran "topçular", yaşıl meydanlarda futbol oynamaq əvəzəinə, daha çox gününü ehtiyat skamyada keçirən futbolçularla yollarını ayırmağı planlaşdırır. 2007-ci ildən "Arsenal"a transfer olunan və cəmi- cümlətani 27 qarşılaşmada komandasının qapısını qoruyan bu gənc qolkiper, bundan sonrakı futbol koryerasını "Vest Hem" klubunda davam etdirəcək.