Rusiyalı nənələrin fanlarından maraqlı addım- FOTO

23 May 2012 01:15 (UTC+04:00)

"Eurovision-2012" mahnı müsabiqəsinin favorit təmsilçiləri olan Rusiyanın \"Brunovskiyi babuşki\" qrupunun fanlarının onları dəstəkləmələri Mətbuat Mərkəzində diqqət çəkən məqamlardan biri olub. SİA-nın məlumatına görə, Rusiyanın ifası zamanı müsabiqə mahnısı yüksək səslə fanlar və rusiyalı jurnalistlər tərəfindən ifa olunub.

Nənələr müsabiqədəki performanslarını bitirənə qədər fanlar təmsilçiləri ayaq üstü alqışlayıblar.