\"Bakı Kristal Zalı\" 42 ölkənin bayrağına bürünür

23 May 2012 00:14 (UTC+04:00)

Eurovision Mahnı Müsabiqəsi 2012 şousu möhtəşəmliyi, səhnə tərtibatı, postkardları, açılış və interval şouları, bir sözlə hər bir detalı ilə yadda qalacaq. SİA-nın məlumatına görə, bu şouda fərqli məqamı ilə yaddaqalan bir hal isə \"Bakı Kristal Zalı\"n hər iştirakçının çıxışından əvvəl təmsil etdiyi ölkənin bayrağının rəngində işıqlandırılmasıdır.

Bu hal 57 illik tarixi olan Eurovision Mahnı Müsabiqısinin tarixində ilk dəfə yaşanır.