\"Eurovision 2012\" şouları 46 ölkədə yayımlanacaq

22 May 2012 20:02 (UTC+04:00)

Azərbaycanın ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsi 2012 şouları 46 ölkədə yayımlanacaq. SİA-nın məlumatına görə, bunlar builki müsabiqədə iştirak edən 42 ölkə, eləcə də Avstraliya, Qazaxıstan, Ermənistan və Kosovo Respublikasıdır.

Qeyd edək ki, Eurovision Mahnı Müsabiqəsi 2012-nin iki yarımfinalı və finalı mayın 22, 24 və 26-da keçiriləcək. Hər yarımfinal mərhələsində 18 ölkə iştirak edir və hər mərhələdən finala keçmək uğrunda 10 ölkə mübarizə aparacaq. Eurovision şouları Mərkəzi Avropa vaxtı ilə saat 21.00-da başlayacaq.

Bu gün Bakı vaxtı ilə saat 00.00-da \"Bakı Kristal Zalı\"da Eurovision 2012-nin ilk yarımfinalı keçiriləcək.