Suriyadakı qarşıdurmada 36 müxalif öldü
22 May 2012 20:32 (UTC+04:00)
Suriyada yenidən qarşıdurma yaşanıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, son iki gündə ölkə daxilində müxaliflərə qarşı təşkil edilən əməliyyatlarda 36 adam həyatını itirib. Ümumilikdə Hamada 9, Humusda 8, İdlib və paytaxt Dəməşqdə 5, Dərə şəhərində 3, Kunatra və Tartusda 2 nəfər həlak olub.