XİN müavini Strasburqa gedəcək

22 May 2012 19:55 (UTC+04:00)
Sabah xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Fransanın Strasburq şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 122-ci sessiyasında iştirak etmək üçün bu ölkəyə səfərə yola düşəcək. XİN-dən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində M.Məmmədquliyevin sessiyanın rəsmi və qeyri-rəsmi hissələrində Avropa Şurasına üzv olan dövlətlərin yüksək səviyyəli rəsmiləri və qurumun baş katibi Turbyorn Yaqland ilə görüşlər keçirməsi nəzərdə tutulub. Görüşlərdə Avropa Şurasında islahatlar, insan hüquqları üzrə Avropa Məhkəməsinin islahatları və Avropa qonşuluq siyasəti mövzularında müzakirələr aparılacaq.