Sabah paytaxtda hava yağmurlu olacaq

22 May 2012 18:21 (UTC+04:00)
Sabah paytaxt ərazisində hava şəraitinin küləkli və yağmurlu olacağı proqnozlaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı bildirilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-29 dərəcə isti təşkil edəcək. Rayonlarda isə sabah hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyinin əsəcəyi, şimşək çaxması nəticəsində arabir güclənəcəyi bölgələrdə havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti təşkil edəcək.