Azərbaycanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb

22 May 2012 17:16 (UTC+04:00)
Ötən gün Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

SİA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə İran xarici işlər nazirinin müavini Abbas Əraqçı Azərbaycan Respublikasında \"dini müqəddəslərin təhqir olunmasına\" rəsmi Tehranın etirazını diqqətə çatdırıb.