Milli Məclisdə üç beynəlxalq saziş layihəsi və bir bəyannamə təsdiqlənib

22 May 2012 16:59 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında üç beynəlxalq saziş layihəsi və bir bəyannamə təsdiqlənib. Bu sıraya "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" və "Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişlər, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsi aiddir.

Sənədlər səsverməyə qouyularaq qəbul olunub.