Məşhur futbolçu anasını itirdi
22 May 2012 15:24 (UTC+04:00)
Ukrayna milli futbolunun baş məşqçisi Oleq Bloxinin anası Yekatirina Adamenko dünyasını dəyişib. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, O.Bloxinlə yanaşı Ukrayna idmanına da ağır itki üz verib. Məlum olduğu kimi Y.Adamenko da məşhur idmançı olub. Belə ki, o dəfələrlə 80-100 metr məsafəyə baryerləri aşmaqla qaçış üzrə SSRİ və Ukrayna çempionu olub. İdman aləmində özünəməxsus yeri olan Yekatirina Adamenkonun ölümü haqda Ukrayna mətbuatında yazılanlara nəzər salanda görünür ki, onun xidmətləri yüksək qiymətləndirilir. Hadisə ilə əlaqədar Türkiyənin Antaliya şəhərində təlim-məşq toplantısını yarımçıq qoyan Ukrayna millisinin baş məşqçisi təcili Kiyevə dönüb.
Əlmaniz Ələkbərli, Ukrayna bürosu