“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib

22 May 2012 14:28 (UTC+04:00)

Azərbaycan Milli Məclisi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edib. SİA-nın xəbərinə görə, dəyişiklik Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçilərinin maddi təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

Belə ki, dəyişikliyə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə, ödənilən dövlət rüsumunun 30%-i müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürüləcək.


MM "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.