\"Prokurorluq haqqında\" qanuna dəyişiklik edildi

22 May 2012 13:33 (UTC+04:00)

Milli Məclisin plenar iclasında \"Prokurorluq haqqında\" qanun layihəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, qanunun 39-cu maddəsinin dördüncü hissəsi ləğv edilib.


Həmin hissədə qeyd olunub ki, hərbi prokurorluq orqanları maddi-texniki vəsaitlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri ilə, habelə başqa növ təminatlarla Müdafiə Nazirliyi və qoşun növlərinin komandanlığı, hərbi birləşmələr tərəfindən təchiz edilir, həmçinin xidməti binalarının mühafizəsi təmin olunur.

Qanunvericiliyə dəyişikliklə "Prokurorluq haqqında" qanundan müvafiq bənd bütünlüklə çıxarılıb.

Bundan sonra qanunvericiliklə Hərbi Prokurorluq orqanlarının maliyyələşdirilməsi, o cümlədən əsaslı təmir və digər təchizat məsələləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Həmçinin xidməti binalarının mühafizəsi hərbçilər tərəfindən deyil, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçiriləcək.