Bakıda xeyli miqdarda civə tapılıb

22 May 2012 12:17 (UTC+04:00)
Bakıda xeyli miqdarda civə tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda metal tullantılarının arasında 0,5 litrlik plastik qabda şübhəli maddənin aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri içərisində şübhəli maddənin olduğu qaba baxış keçiriblər. Qabda 7,2 kq civə olduğu müəyyən olunub. Aşkarlanmış civə nazirliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada götürülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.