İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami Tehrana gedib

22 May 2012 12:11 (UTC+04:00)
İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami Tehrana gedib. İranın Azərbaycandakı Səfirliyinin əməkdaşı Əli Nimdar SİA-ya açıqlamasında deyib ki, səfir İran Xarici İşlər Nazirliyinin çağırışı ilə Tehrana gedib. Səfir ötən gün axşam Tehrana yola düşüb.