Zirəddin Rzayev “Eurovision”da partlayış məsələsinə münasibətini bildirdi

21 May 2012 19:58 (UTC+04:00)

"Gəzən şaiyələrə görə, guya mən demişəm ki, "Eurovision" Azərbaycanda keçirilməyəcək, partlayış və ya tikinti qəzası olacaq. Bunların hamısı cəfəngiyyatdır və mən belə şey deməmişəm". 168.az-ın yaydığı xəbərə görə, bu barədə məlumatı Moskvada yaşayan ekstrasens, həmyerlimiz Zirəddin Rzayev "Facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.


Zirəddin Rzayevin sözlərinə görə, bunları uyduranlar Azərbaycanı və xalqımızı sevməyən çirkin əməl sahibləridir: "Eurovision" Azərbaycanın ictimai-siyasi və sosial həyatında önəm daşıyan və gərəkli olan tədbirlərdən biridir. Dünyanın müxtəlif ölkə nümayəndələrinin Odlar Yurduna gəlməsi artıq Azərbaycan üçün bir qələbədir", deyə ektrasens bildirib.