Prezident İlham Əliyev Aqşin Əlizadəni “Şərəf” ordeni ilə təltif edib

21 May 2012 17:07 (UTC+04:00)
Azərbaycan respublikasının prezidenti İlham Əliyev A.Ə.Əlizadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Aqşin Əliqulu oğlu Əlizadəni "Şərəf" ordeni ilə təltif edib.