Yəməndə terror aktında 100 nəfər öldü

21 May 2012 16:15 (UTC+04:00)
Yəmənin paytaxtı Səna şəhərində terror aktı törədilib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində 100 nəfər ölüb, xeyli sayda insan isə yaralanıb. Terror aktı sabah keçiriləcək hərbi parada hazırlıq zamanı terrorçu-kamikadze tərəfindən törədilib.