Azərbaycanlı tələbələr beynəlxalq yay məktəbində iştirak edəcək

21 May 2012 15:38 (UTC+04:00)

Qafqaz Universitetinin Reginoşünaslıq bölməsinin 4-cü kurs tələbələri Fuad Əhmədov, Gülşən Quliyeva və Məhəmməd Məmmədov Almaniyanın Zigen Universitetinə (Siegen University) gedəcək. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, onlar 12-25 avqustda təşkil olunacaq "Cənubi Qafqaz və Orta Asiyada Təhlükəsizlik Məsələləri"adlı beynəlxalq yay məktəbində iştirak edəcəklər. Beynəlxalq yay məktəbi Almaniya Xarici İşlər Nazirliyi və eləcə də, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə təşkil olunur