Lorin sentyabrda yeni albomunu təqdim edəcək - FOTOSESSİYA

19 May 2012 15:08 (UTC+04:00)

"Eurovision-2012" mahnı müsabiqəsində İsveçi təmsil edən Lorin "Bakı Kriastal Zal"ında ikinci məşqini keçirib. SİA-nın məlumatına görə, yarışmanın favoriti olan müğənni daha sonra jurnalistlərlə görüşüb.

O, birinci yarımfinalın ikinci məşqlərindən razı qaldığını deyib. Lorin artıq yarışmada çıxış etməyə tam hazır olduğunu vurğulayıb.

Mətbuat konfransında o da məlum olub ki, Lorin bu ilin sentyabrında yeni albomunu da təqdim edəcək.

Qeyd edək ki, Lorinin yarışmada favoritləri "Buranovskie babuşki" (Rusiya), Tooji (Norveç) və İvi Adamoudur (Kipr).