XİN: “Azərbaycanla Gürcüstan arasında heç bir problem yoxdur”

19 May 2012 08:13 (UTC+04:00)
Azərbaycan və Gürcüstan arasında "Keşikçi dağ" kompleksi məsələsində heç bir problem yoxdur. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. Onun sözlərinə görə, "Keşikçi dağ" kompleksi məsələsi Azərbaycan və Gürcüstan XİN başçıları Elmar Məmmədyarov və Qriqol Vaşadzenin Çikaqoda NATO sammiti çərçivəsində keçirdikləri görüşdə müzakirə olunub. Görüşdə nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional məsələlər çərçivəsində müzakirə aparıblar.


Qeyd edək ki, Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze daha əvvəl bildirmişdi ki, Azərbaycan sərhədçiləri gürcü tərəfinə Keşikçi dağ kompleksinin ərazisinə yalnız din xadimləri və sərhədçilərin daxil olmasına icazə veriləcək.