Mərkəzi Qan Bankının Gəncə bölməsində könüllü qanvermə aksiyası keçirilib

19 May 2012 00:35 (UTC+04:00)

Ümumdünya Hemofiliya günü münasibətlə Gəncə Şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Gəncə bölməsində könüllü qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, aksiya zamanı 100 nəfər könüllü olaraq qan verib.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.