Sabirabad rayonunda Respublika seminar müşavirəsi keçrilib - FOTO

18 May 2012 21:08 (UTC+04:00)

Sabirabad rayonunda sünü mayalanma tədbirlərinin daha da, genişləndirilməsinə dair respublika seminar müşavirəsi keçrilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, müşavirədə kənd təsərrüfatı naziri İsmət Abasov göstəricilər və qazanılan uğurlara həsr olunan stendlərə baxış keçrib. Sonra rayon mədəniyyət evində geniş müşavirə keçrilib.

Müçavirədə 56 rayonun icra başçılarının aqrar məsələlər üzrə müavinləri, baytarlıq xidmətinin rəhbərləri, heyvandarlıq üzrə mütəxəsislər, sünü mayalanma mütəxəsisləri daxil olmaqla 600 nəfərdən cox nümayəndə iştirak edib. Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov ölkəmizdə həyata keçrilən ərzaq təhlükəsizliyindən danışıb.

Bildirib ki, əhalinin ət və ət məhsulları ilə təmin olunması üçün kompleks tədbirlər həyata keçrilir. Son günlər hava şəraitinin bəzi bölgələrdə qeyri-sabit keçməsinə münasibət bildirən nazir bunun məhsul itkisinə ciddi ziyan vurmadığını qeyd edib.

Nazir bildirib ki, əhalinin keyfiyyətli ət məhsulları ilə təmin olunması üçün mal-qaranın cins tərkibi dəyişdirilir, sünü mayalanma işləri aparılır. Son illər ölkəmizə xeyli sayda cins tərkibli iri buynuzlu mal qaranın gətrildiyini söyləyən nazir ilk dəfə Göygöl rayonunda sünü mayalanma mərkəzi yaradıldığınl bidirib: "Son beş ildə sünü mayalanma işinin genişləndirilməsi məqsədi ilə 500 nəfər sünü mayalanma texniki kurslara cəlb olunub. Bütövlükdə son illər 78 min 216 baş iri buynuzlu mal-qara arasında sünü mayalanma aparılıb və nəticədə 46 min 855 baş bala alınıb".

Digər çıxış edənlərdə, mal qaranın cins tərkibinin dəyişdirilməsi ət süd məhsullarının artırılması üçün sünü mayalanma tədbirlərinin əhəmiyyətin vurgulayıblar. Qeyd olunub ki, mal-qaranın yetişdirildiyi bütün bölgələrdə sünü mayalanma tədbirləri davamlı olaraq aparılmalı və inkişaf etdirilməlidir.



İqbal Mikayılov