Elman Abdullayev: “Erməni icmasının yalan və böhtanları Azərbaycan tərəfini daha da gücləndirir\" - MÖVQE

18 May 2012 19:51 (UTC+04:00)

"Erməni icmasının yalan və böhtanları Azərbaycan tərəfini daha da gücləndirir. Azərbaycan 20 il bundan əvvəlki Azərbaycan deyil". SİA-nın verdiyi xəbərə görə, bunu XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz daxili siyasətini özü müəyyənləşdidir. Azərbaycana qarşı səsləndirilən hər bir fikirə adekvat olaraq cavab veriləcək: "Erməni icmasını bu cür addım atması Azərbaycanı daha da gücləndirir və biz öz ədalətli haqqımızı tələb edəcəyik. Ermənistanın bu addımları yalan üzərində qurulmuş bir addımdır. ABŞ höküməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, amma buna baxmayaraq erməni icması növbəti dəfə ABŞ-ı öz fikrindən yayındırmağa çalışır".

E.Abdullayev həmçinin İran məsləsinə də toxunaraq bildirib ki, İranın Azərbaycana qarşı səsləndirildiyi təxribat xarakterli ifadələri ölkəmiz tərəfindən məqbul hesab olunmur: "Biz heç bir zaman bunu cavabsız qoymayacağıq".