Anri Jokadze “Euroclub”da parti təşkil edib - FOTOSESSİYA
18 May 2012 18:57 (UTC+04:00)
Gürcüstanın "Eurovision 2012" təmsilçisi Anri Jokadze "Euroclub"da parti təşkil edib. SİA-nın xəbərinə görə, partidə Azərbaycan, Belarusiya, Çernoqoriya, Malta təmsilçiləri də iştirak ediblər.
Onlar özlərinin hit mahnılarını səsləndirib, rəqslər ediblər. Partiyə qatılanlar arasında Azərbaycan təmsilçisi Səbinə Babayeva da olub. Hər iki ölkə təmsilçisi birlikdə vals oynayıblar. Gürcüstan təmsilçisi partiya qatılanlara gürcü çaxırı və tut arağı paylayıb. Qonaqlar səhərəcən rəqs edib, əyləniblər.