Avropa Xüsusi Olimpiya Komitəsi və UEFA-nın birgə təşəbbüsü ilə Azərbaycanda mini-futbol turniri keçirilir

18 May 2012 15:47 (UTC+04:00)

Avropa Xüsusi Olimpiya Komitəsi və UEFA-nın birgə təşəbbüsü ilə Azərbaycanda cari ilin 17-19 may tarixli müddətində "Sərhədçi" İdman Olimpiya Mərkəzinin bazasında Azərbaycan Xüsusi Olimpiya Komitəsinin "İnter" Peşəkar Futbol Klubu ilə birgə mini-futbol turniri keçirilir. SİA-nın məlumatına görə, Turnirdə aşağıdakı komandalar iştirak edir:

1. Nəsimi rayon 11 saylı xüsusi təhsil məktəbi (2 komanda – qız, oğlan)

2. Sabunçu rayon 11 saylı yardımçı internat məktəbi ( 3 komanda – qız, oğlan və UNİFİED)

3. Xəzər rayonu 4 saylı xüsusi internat məktəbi ( 2 komanda – qız, oğlan)

4. Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi (3 komanda – qız,oğlan və UNİFED)

5. Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı Respublika xüsusi internat məktəbi (3 komanda – qız,oğlan və UNİFED)

6. Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı Respublika xüsusi internat məktəbi (3 komanda – qız,oğlan və UNİFED)

7. "SOS Kəndləri – Azərbaycan" Xətai filialı ( 14 yaşlılardan ibarət 1 komanda)

8. Sumqqayıt Regional Proqramı (2 komanda – qız, oğlan)

9. Lənkəran Regional Proqramı (2 komanda – qız, oğlan)

10. Şəki Regional Proqramı (2 komanda – qız, oğlan)

11. Göyçay Regional Proqramı (2 komanda – qız, oğlan)

12. Gəncə Regional Proqramı (2 komanda – qız, oğlan)

13. Qusar Regional Proqramı (2 komanda – qız, oğlan)

14. "Bakı" Futbol Klubu

15. "İnter" Peşəkar Futbol Klubu

16. "Qarabağ" Futbol Klubu

17. "Azal" Futbol Klubu

18. "Neftçi" Futbol Klubu

19. "Təhsil" Respublika İdman Mərkəzi


Turnir iştirakçılarının ümumi sayı 400 nəfərə yaxındır.

Avropa Xüsusi Olimpiya Komitəsinin Şərqi Avropa ölkələri üzrə meneceri Kşiştov Krukovski tədbirdə qonaq qismində çıxış edir.