\"Trackshittaz\" qrupu: \"Rəqsimizdə bir az çatışmazlıqlar var\"- FOTOSESSİYA

18 May 2012 15:05 (UTC+04:00)

Avstriyanın "Eurovision- 2012" təmsilçisi \"Trackshittaz\" qrupu bugünkü məşqini və mətbuat konfransını uğurla başa vurub. SİA-nın məlumatına görə, qrup mətbuat konfransında çıxışları zamanı bildiriblər ki, müsabiqədəki məşqləri zamanı arenanın necə gözəl hazırlandığının bir daha şahidi olublar.

"Müsabiqədə ifa etdiyimiz mahnı çox maraqlıdır. Avstriyada mahnımızı bəyənirlər. Hamıdan səs gözləyirik",- deyə qrup üzvləri əlavə ediblər.

İkinci məşqdən sonra isə daha da hazırıq deyən təmsilçilər: "Rəqsimizdə bir az çatışmazlıqlar var, ancaq müsabiqədəki çıxışımız zamanı bu aradan qalxacaq",- qeyd edib.