Sarkozi siyasətə əlvida dedi

18 May 2012 07:31 (UTC+04:00)

Fransanın sabiq prezidenti Nikolya Sarkozi bundan sonra heç vaxt ölkənin siyasi həyatında iştirak etməyəcək. Fransa mətbuatının verdiyi məlumata görə, belə bir bəyanatla Sarkozinin xüsusi müşaviri olmuş Anri Geno çıxış edib.


"Sarkozi açıq-aydın dedi ki, siyasətlə daha məşğul olmayacaq. O bundan sonra dövlət postlarını tutmayacaq və seçkilərdə namizədliyini irəli sürməyəcək", - deyə "Radio Classique"yə açıqlamasında Geno bildirib.


Geno həmçinin əlavə edib ki, Sarkozidə qisasçılıq meylləri yoxdur.


Fransa mətbuatının yazdığına görə, bundan sonra Sarkozi böyük ehtimalla Konstitusiya Şurasında yer alacaq.