İstanbulda Laçının işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

17 May 2012 18:29 (UTC+04:00)

İstanbulun Aydın Universitetində Türk Ocaqları İstanbul şöbəsi və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin təşkilatçılığı ilə Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva, Türk Ocaqları İstanbul şöbəsinin rəhbərliyi və Türkiyənin digər rəsmi nümayəndələri çıxış edib. Tədbir çərçivəsində "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi ilə çapdan çıxan Əli Əliyevin "Əlli dörd gün erməni mühasirəsində" kitabının təqdimatı keçirilib.


Qeyd edək ki, "Əlli dörd gün erməni mühasirəsində" adlı kitabda 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalan Əli Əliyevin Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələr və mühasirə həyatı əks olunub.