Gənclər \"Eurovison Himni”ni təqdim edir

17 May 2012 17:59 (UTC+04:00)

Bu gün Heydər Əliyev Sarayında "Gənclər Eurovison Himni" – nin təqdimat mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, "Eurovision 2012"-yə dəstək çərçivəsində "Step İn!" gənclərin təşəbbüs qrupu tərəfindən "Gənclər Eurovision Himni" yazılıb. Himnin sözləri və müsiqisi tamamilə gənclər tərəfindən hazırlanıb.


Məşhurların iştirakı ilə himnin klipi belə çəkilib və artıq hərkəs nəinki yalnız dinləyə, həmçinin Park Bulvarda, qrupun "youtube" sosial şəbəkəsində rəsmi kanalı vasitəsilə izləyə biləcəklər.


Bugün Heydər Əliyev Sarayında "Univision" universitetlər arası musiqi yarışmasının final mərhələsi çərçivəsində klipin təqdimatı keçiriləcək. Klipdə tələbələr Nərgiz Hüseynova, Məltəm Kərimova, Sinan Ağayev və Turan Eldarova ilə birlikdə estradanın tanınmış simaları, əməkdar artist Tünzalə Ağayeva, Safura Əlizadə, Orxan Kərimli də çəkilib.

Himnin musiqisi Tuqay Ağayevə, sözləri isə Nərgiz Hüseynovaya məxsusdur. Musiqili layihənin rəhbəri Azərbaycanın əməkdar aktrisası Tünzalə Ağayevadır.