Millət vəkillərinin Litvada görüşləri davam edir- FOTO

17 May 2012 16:35 (UTC+04:00)

Millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Litvanın Sosial Demokrat Partiyasının Gənclər Təşkilatının sədri, Vilnüs Meriyasının komitə sədri Yuras Poyela və Canova şəhərinin meri Minduqas Sinkeviçiyusla görüşüblər.

SİA-nın məlumatına görə, Litvada keçirilən "Sosial Media və Gənclik" adlı IV Avrasiya Gənclik Forumunda iştirak edən azərbaycanlı millət vəkilləri, Litva rəsmiləri ilə görüşdə Azərbaycanın və Litvanın bütün sahələrdə əməkdaşlığa böyük önəm verməsi, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da inkişaf etməsinin məmnunluq yaratdığı vurğulanıb. 2007-2015-ci illər xaricdə təhsil proqramına bu ildən Litvanın 2 universitetinin də salındığını vurğulayan millət vəkilləri bunun gənclərimiz arasında əlaqələrin inkişafına da öz müsbət töhfəsini verəcəyini vurğulayıblar. Bu qərarın Litvada təhsil alan azərbaycanlı gənclərin sayının armasına səbəb olacağını vurğulayan millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Litva hökumətinin qərarı ilə hər il 25 azərbaycanlı gəncə Litvada Litva hökuməti hesabına bu ölkədə təhsil alma imkanı yaradılmasının önəmini də qeyd ediblər.

Litvanın da Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə, o cümlədən gənclər arasında əlaqələri, ortaq layihələrin həyata keçirilməsinin artırılmasında maraqlı olduqlarını deyən, Litvanın Sosial Demokrat Partiyasının Gənclər Təşkilatının sədri, Vilnüs Meriyasının komitə sədri Yuras Poyela və Canova şəhərinin meri Minduqas Sinkeviçiyus gənclər arasında əməkdaşlığın genişlənməsinin hər iki ölkənin bu günü və gələcəyi üçün önəmli olduğunu deyiblər.

Görüş zamanı hər il Azərbaycan və Litva gənc liderlərinin düşərgələrinin keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb və məqsədəuyğun hesab edilib.