Tələbələr arasında şahmat turniri başa çatıb

17 May 2012 11:19 (UTC+04:00)

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Odlar Yurdu Universitetinin tələbələri arasında şahmat üzrə turnir keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda 8 komanda tərkibində 48 nəfər (onlardan 15 nəfəri qızlardır) iştirak edib. Yarışlar İsveçrə sistemi üzrə təşkil olunub. Komanda hesabında I yerə "Kəpəz" komandası, II yerə "Atəşgah" komandası, III yerə "Zirvə" komandası, şəxsi hesabda isə I yerə Süleymanlı Gəray, II yerə Qulamova Zoya , III yerə Pirimov Mahir layiq görülüb.

Qeyd edək ki, qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.