Azərbaycan mədəniyyətinin xəritəsi hazırlanacaq

16 May 2012 18:23 (UTC+04:00)

Azərbaycanın çağdaş dövründən bu günə kimi olan mədəniyyətinin xəritəsi hazırlanacaq. Bunu SİA-ya açıqlamasında millət vəkili Fuad Muradov məlumat verib. O bildirib ki, gənclər tərəfindən təklif olunan xəritə artıq hazırlanmağa başlayıb. Böyük maraq doğuracaq bu xəritə Azərbaycanda ilk olacaq.

"Bu gənclərin həm mədəniyyətimizi tanımasına, tariximizi yaxşı bilməsinə şərait yaradacaq. Bizim əsas məqsədimiz odur ki, Azərbaycan gəncləri savadlı, bilikli olsun, öz ölkələrini sevsinlər və vətənpərvər olsunlar. Bunu isə sözlə yox, məhz bu kimi əməllərlə təsdiq etdirmək lazımdır", - deyə o əlavə edib.