İsveç təmsilçisi: \"Mahnımın favorit olması onu ürəkdən ifa etdiyim üçündür\"- FOTOSESSİYA

16 May 2012 15:58 (UTC+04:00)

\"Yaratdığım performansı Bakı səhnəsində bütün gözəlliyi ilə nümayiş etdirəcəyimə əminəm\". SİA-nın məlumatına görə, bu sözləri İsveçin \"Eurovision\" təmsilçisi Lorin \"Bakı Kristal Zalı\"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında deyib.


O, \"Eurovision 2012\" mahnı müsabiqəsində təqdim edəcəyi mahnının rəqs quruluşunun tamamilə fərqli bir formada olduğunu bildirib.


İsveçli müğənni müsabiqənin bütün iştirakçılarının ifalarını bəyəndiyini deyib.


Mahnısının favorit olması ilə bağlı fikirlərə münasibət bildirən Lorin bunun səbəbini mahnını ürəkdən ifa etməsi ilə əlaqələndirib. Lorin hər zaman qara libas geyməsini bunu onun stili ilə əlaqələndirib.


Sonda təmsilçi jurnalistlərin xahişi ilə sevdiyi mahnılardan birini ifa edib.