“Dünya Türk Gəncləri Birliyi”nin 20-ci yubileyi Ankarada keçiriləcək

16 May 2012 14:40 (UTC+04:00)

"Dünya Türk Gəncləri Birliyi" (DTGB) mayın 17-də Türkiyənin Ankara (Kızılcahamam) şəhərində "DTGB 11-ci Liderlər toplantısı"nı keçirəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, açılış mərasimi mayın 17-də Ankarada Keçiören bələdiyyəsinin Estergon Qalası Mədəniyyət Mərkəzində gerçəkləşəcək. Tədbirdə DTGB-yə uzv təşkilatların rəhbər və nümayəndələrinin, TBMM və MM uzvlərinin, TürkPA və Türk Konseyi, 15 ölkədən 23 Türk dilli xalqı təmsilən 30 təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.

Liderler toplantısı DTGB-nin 20-ci ildönümünə təsadüf edir. Mayın 20-ə kimi davam edəcək toplantıya DTGB sədri Əkrəm Abdullayev başçılıq edəcək. Toplantıda birliyin 20 illik fəaliyyəti, Türk dünyası bölgələri arasında koordinasiyanın təşkil edilməsi və təkmilləşdirilməsi, son illərdə Türk dünyasında baş verənproseslərin təhlili, DTGB-nin 15-ci qurultaya hazırlıqları və yaxın gələcəkdə fəaliyyət planları müzakirə ediləcək. Yekun sənədin qəbulundan sonra Türkiyədə Mustafa Kamal Atatürkün anım gününə həsr olunan 19 may İdman və Gənclər günü bayramı münasibəti ilə "Anıtkabir"ziyarət ediləcək.

DTGB-nin bu səfərki yubiley toplantısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Tədbirdə nazirliyin Elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov iştirak edəcək.