Barak Obama Devid Bekhemin komandası ilə görüşüb

16 May 2012 13:38 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama, sən demə təkcə basketbol həvəskarı deyilmiş. Siasport.az saytı xəbər verir ki, Ağ Evin hazırkı sahibi futbola da biganə olmadığını dünən əyani şəkildə nümayiş etdirib. B.Obama Devid Bekhemin heyətində çıxış etdiyi yerli liqanın çempionu olan "Los Anceles Qelaksi" klubunun futboçularını qəbul edib. Ağ Evdə keçirilən görüşdə komandanln kapitanı Lenden Donovan prezidentə 1 nömrəli formanı və üzərində klubun bütün futbolçularının avtoqrafı olan topu hədiyyə edib.