Rabitə xidmətləri artırılıb

16 May 2012 10:24 (UTC+04:00)
Cari ilin yanvar-aprel aylarında rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 423,6 milyon manatlıq rabitə xidməti göstərilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çoxdur. Rabitə xidmətinin 72,5 faizi bilavasitə əhaliyə göstərilib.