Karateçilərimiz Ukraynadan uğurla qayıdıblar

16 May 2012 01:05 (UTC+04:00)
Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında Azərbaycan karateçiləri uğurla iştirak ediblər.
Siasport.az saytı xəbər verir ki, bu açıqlama ilə keçirdiyi mətbuat konfransında Azərbaycan Qoçu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının prezidenti Tanriverdi Allahverdiyev çıxış edib.
T.Allahverdiyev bildirib ki, yığma komandamız mundialda 7 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb. Nizami Məmmədov, İlkin Səfərov, Elsevər Quliyev, Nazim Səmədov, İsrail Əsgərov, Ayaz Fərəməzov və Tural Şıxəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Millimiz ümumi komanda hesabında Ukrayna və Rusiyadan sonra üçüncü olub.