Karlos Karvalhal yenidən Türkiyə Superlqiasına qayıdır

16 May 2012 00:39 (UTC+04:00)
İstanbulun "Beşiktaş" futbol klubunun keçmiş baş məşqçisi olan Karlos Karvalhal yenidən Türkiyə Superlqiasına qayıdır. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisi bundan sonra "İstanbul Böyük Şehir Belediyyespor"un uğurları üçün çalışacaq. Türkiyə mətbuatı yazır ki, klub rəhbərliyi artıq K.Karvalhalla anlaşaraq onun razılığını əldə edib. Klub rəhbərliyinin bu gün mətbuat konfransı keçirərək, yeni baş məşqçini ictimaiyyətə təqdim edəcəyi gözlənilir.