Ölmüş heyvanları daşıyan yük maşını saxlanılıb

15 May 2012 19:13 (UTC+04:00)

Bərdə polisi avtomobillərə baxış keçirən zaman 40 BF 299 nömrə nişanlı "Qazel" markalı yük maşınından səkiz ədəd ölmüş iribuynuzlu mal aşkar edib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, mallar Bərdə rayonu Hacallı kənd sakini Məhərrəmov Taleh İbad oğluna məxsusdur. Zərərçəkən şəxsin sözlərinə görə, heyvanlara gənə əleyhinə "Neastol" adlı pereparat vurulub. Bundan sonra heyvanlar zəhərlənərək ölüblər. O isə heyvanları "Xam Torpaq" adlanan ərazidə yandırmağa apardığını iddia edir.

Qeyd edək ki heyvanlardan ekspertiza üçün müəyyən analizlər götürülüb. Ekspertlərin rəyindən sonra işə rayon polis şöbəsi tərəfindən hüquqi qiymət veriləcək.


Şamxal Cəliloğlu