Rusiyalı politoloq: “Həm Ermənistan, həm də Azərbaycan prezidenti Putinin vasitəçilik missiyasına hazırdır”

15 May 2012 15:52 (UTC+04:00)

"MDB dövlət başçılarının qeyri-rəsmi görüşü Dağlıq Qarabağ problemi üzrə dialoqun davam etdirilməsinə kömək edə bilər". SİA-nın "RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu rusiyalı politoloq İnnokentiy Adyasov deyib. O, qeyd edib ki, qeyri-rəsmi sammitin formatı İlham Əliyev ilə Serj Sarkisyanın mövqelərini yaxınlaşdırmaq üçün unikal imkan yaradır: "Hazırda yalnız bir məsələ aydındır - həm Ermənistan, həm də Azərbaycan prezidentləri Putinin vasitəçilik missiyasına hazırdırlar".

Politoloq deyir ki, qarşıdan gələn görüşlər Vladimir Putinin prezident vəzifəsini icra etməyə başladıqdan sonra ilk çoxtərəfli beynəlxalq tədbiri olacaq: " Putin köhnə-yeni statusda postsovet məkanında yığılıb qalmış problemləri, o cümlədən, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həlli, Rusiya-Ukrayna münasibətlərini müzakirə etmək imkanı qazanacaq".