Cümşüd Nuriyev: “Son 20 ildə ATƏT-in Azərbaycanla bağlı fəaliyyətində çox yarıtmaz işlər olub”

15 May 2012 15:03 (UTC+04:00)
\"Son 20 ildə ATƏT-in Azərbaycanla bağlı fəaliyyətində çox yarıtmaz və qeyri-adi gedişlər olub\". SİA-nın xəbərinə görə, bunu SəsTV-yə açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Onun sözlərinə görə, belə olan təqdirdə artıq onlara nəinki inam qalmayıb, hətta onlarla danışıqlar aparmaq belə mənasızdir:


"Bunlarda əsas bir dəyişiklik ondan ibarətdir ki, onlar artıq Xankəndinə getmirlər. Bununla belə ciddi bəyanatlar verməyə ehtiyat edirlər. Bildiyiniz kimi, həm Fransada, həm Rusiyada prezident dəyişiklikləri olub, hətta bununla belə ABŞ-ın daxili siyasətində ciddi dəyişikliklərin olma ehtimalı var. Belə ki, ABŞ prezidenti Barak Obama yenidən prezident seçilməyə bilər. Belə olan təqdirdə ilin sonunadək ATƏT-in Azərbaycanla bağlı müsbət addım atacağı inandırıcı görünmür".


Politoloqun fikrincə, amma buna baxmayaraq Azərbaycan öz daxili siyasətini daha çox sülh istiqamətində qurduğuna görə ATƏT həmsədrləri ilə danışıqlar aparmaq yenə də lazımdır. Amma Minsk qrupunun üzvləri hələ də bir şeyi anlamırlar ki, ATƏT-in həmsdərləri həmişə birinci Azərbaycana deyil, əksinə Ermənistana səfər ediblər".


Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 11-dən 14-dək regiona səfərdə olub. Həmsədrlər səfər çərçivəsində Azərbaycan və Ermənistanda prezidentlər İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri müzakirə edib.