\"Eurovision 2012\"nin vauçerlərinin biletlərə dəyişdirilməsi başlandı

15 May 2012 13:44 (UTC+04:00)
Bu gün saat 15.00-dan etibarən Eurovision Mahnı Müsabiqəsi 2012-nin birinci və ikinci yarımfinalları və finalının əsas məşqlərinin (21 may, 23 may və 25 may) vauçerlərinin biletlərə dəyişdirilməsinə start veriləcək. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, vauçerlərin biletlərə dəyişdirilməsi prosesi istirahət günləri də daxil olmaqla hər gün \"Gülüstan\" sarayında saat 10.00-dan 22.00-dək həyata keçiriləcək.


Eurovision Mahnı Müsabiqəsi 2012-nin şoularının vauçerlərini alan hər bir şəxs şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletləri əldə edə bilər.


Mayın 16-dan etibarən isə Eurovision Mahnı Müsabiqəsinin birinci və ikinci yarımfinalları (22 may, 24 may) və final mərhələsinin (26 may) vauçerləri biletlərə dəyişdiriləcək.