Azərbaycanda 01 aprel 2012-ci il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən xəbərə görə, cəmi əmək pensiyası alan şəxslərin 498 190 nəfəri kişi, 777 440 nəfəri isə qadındır. Onlardan 807 941 nəfəri yaşa görə, 333 730 nəfəri əlilliyə görə, 133 959 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır.
Son illər ərzində həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir. Belə ki, 01.04.2012-ci il tarixə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 150 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 166 manatdır.