Dövlət Gömrük Komitəsində könüllü qanvermə aksiyaları keçirilib

15 May 2012 09:58 (UTC+04:00)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 11-14 may tarixlərində könüllü qanvermə aksiyaları keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Dövlət Gömrük Komitəsində təşkil olunan aksiyalar zamanı 120 nəfər könüllü olaraq qan verib.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.