Tbilisidə güclü yağış erməni kilsəsini uçurub

15 May 2012 02:34 (UTC+04:00)

Son günlər yağan aramsız yağışlar Gürcüstanda xeyli problem yaradıb, infrastruktura ciddi ziyan vurub. Yağış Tbilisi şəhərinin qədim yaşayış məhəlləsindəki erməni kilsəsinin bir hissəsini uçurub. Nəticədə kilsənin yaxınlığındakı bir evə də ziyan dəyib. Qədim Tbilisi Rayon İcra Hakimiyyətinin məlumatına görə, ərazidə təmizlik işləri aparıldıqdan sonra kilsənin bərpasına başlanacaqdır. Kilsənin 1701-ci ildə inşa olunduğu bildirilir.