Daha bir partiya Ermənistandakı seçkiləri tanımadı - FAKT

14 May 2012 18:31 (UTC+04:00)

Ermənistanda mayın 6-da keçirilən parlament seçkilərinin nəticələrilə bağlı daha bir siyasi partiya bəyanat verərək nəticələri tanımadığını elan edib. SİA-nın erməni mətbuatına istinadən xəbərə görə, Demokratik Yol Partiyası (DYP) bəyanatında seçkilərin nəticələrinin reallıqda əks etdirmədiyini bildirib.

Bəyanatda deyilir: \"Seçkilər zamanı kütləvi rüşvətvermə, biabıçılıqla başqa ölkələrin vətəndaşlarının adlarını kütləvi şəkildə seçki siyahılarına salınması, dünyaların dəyişmiş şəxslərin "səs verməsi", hüquq-mühafizə orqanları əməkdaşlarının seçki məntəqələrinə müdaxilə etməsi, hətta bəzi polis əməkdaşlarının cinayət əlaqələrinə girməsi halları olub. Deyilənləri nəzərə alan DYP saxtalaşdırılmış parlament seçkilərinin nəticələrini tanımadığını bəyanlayıb, Mərkəzi Seçki Komissiyasının qeydiyyatının ləğvini, MSK üzvlərinin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib\".